Milli Məclisin müxalifətdən olan deputatı Pənah Hüseyn bildirir ki, Azərbaycanın Qarabağ nizamlanmasında mövqeyi yumşalıb.
“Prezidentin son bəyanatlarında əvvəlki aqressivlik və işğal olunmuş torpaqları istənilən yolla azad etməyə hazır olmaq barədə xatırlatmalar yoxdur. Həmçinin Dağlıq Qarabağın statusunun müəyyən olunması üçün referendumun keçirilməsi məsələsi müzakirə edilir. Bütün bunları Azərbaycan tərəfinin ermənilərə güzəşti kimi xarakterizə etmək olar”,-deyə P.Hüseyn cümə günü Qarabağ münaqişəsilə bağlı keçirilən ictimai forum zamanı bildirib.
Deputat Qarabağ münaqişəsi məsələsində ictimaiyyətin hakimiyyətin mövqeyindən narazılğını birldirməsinin vacibliyini qeyd edib.
“İctimaiyyət vahid mövqedən çıxış edərək hakimiyyətdən Qarabağ münaqişəsinin hərbi yolla həllini istisna edən hər hansı sazişlə razılaşmamağı tələb etməlidir”,-deyə o vurğulayıb və əlavə edib ki, nizamlanma prosesində son hadisələr Azərbaycan prezidentinin hansısa belə sənədi imzalamasının mümkünlüyünə imkan verir.
Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də bir qrup azərbaycanlı və erməni ziyalının bu yaxınlarda Dağlıq Qarabağ, İrəvan və Bakıya səfəri, həmçinin Azərbaycan hakimiyyətinin mövqeyi ilə bağlı narahatlığını bildirib.
“Narahatlığa əsas var. Mən Qarabağ məsələsi ilə bağlı Ermənistanın mövqeyində dəyişiklik görmürəm. Bəs Azərbaycan? Ölkənin qanunverici və icra hakimiyyəti nümayəndələri Dağlıq Qarabağın separatçı rəhbərliyi ilə danışıqlar aparır. Artıq separatçı rejimin de-fakto tanınmasına başlanılıb”,-deyə Ə.Kərimli vurğulayıb.
Onun sözlərinə görə, hakimiyyətin hərəkətləri Azərbaycanın ölkənin işğal olunmuş ərazilərində müstəqilliyin elan edilməsi prosesinə təsir göstərmək imkanlarını məhdudlaşdırır.
Müsavat Partiyasının sədri İsa Qəmbər isə Azərbaycan hakimiyyətinin Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı təslimçilik sazişini imzalayacağını istisna edir.
“Mənin təhlilim göstərir ki, son hadisələr nəticəsində ciddi heç nə baş verməyəcək. Bunlar hamısı oyundur və bunda Rusiya, ABŞ və başqalarının öz məqsədləri var. İnanın ki, Qarabağ münaqişəsinin həlli gündəlikdə deyil”,-deyə deyə partiya sədri vurğulayıb.