Azərbaycan Beynəlxalq Bankı (ABB) I yarımildə aktivlərini 19,7% - 3 mlrd. 466,986 mln. manatadək azaldıb. Bu barədə bankın məlumatında deyilir.
2009-cu il iyulun 1-nə bankın kredit portfeli 2 mlrd. 454,772 mln. manat (azalma 31,6%), o cümlədən istehlak kreditlərinin həcmi 356,731 mln. manat, öhdəlikləri – 2 mlrd. 911,263 mln. manat (azalma 24,4%) təşkil edib.
I yarımilin yekunları üzrə bankın depozitləri 1 mlrd. 594,865 mln. manat, əhalinin əmanətləri 488,051 mln. manat (azalma 1,8%) olub.
Cari il iyulun əvvəlinə bankın öz kapitalı 446,145 mln. manata (artım 6,6%), nizamnamə kapitalı 197,5 mln. manat (artım 4,1%) təşkil edib.
Hesabat dövründə xalis mənfəət 62,189 mln. manata bərabər olub.
Hazırda respublikada ABB-nin 37-i filialı, eləcə də 587 bankomatı və 2 692 pos-terminalı fəaliyyət göstərir. Bankın buraxdığı plastik kartların sayı 1 mln. 589,333 ədəddir.
ABB 1992-ci ildə yaradılıb və respublikanın ən iri bankıdır. Hazırda banklın kapitalında dövlətin payı 50,2% təşkil edir, 49,8% isə özəl səhmdarlara məxsusdur. Ümumilikdə, ABB səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdən ibarətdir.
ABB 2008-ci ilin birinci yarısının yekunları üzrə “İnterfaks-İTM”-in hazırladığı “İnterfaks-1000: MDB bankları” renkinqində aktivlərinin həcminə görə MDB bankları arasında 41-ci, Azərbaycanın 46 bankı arasında 1-ci yeri tutur.