Azərbaycanda fəaliyyət göstərən bankların əmanət və depozitlərinin həcmi 2009-cu ilin yanvar-iyun aylarında 24,2% - 3 mlrd. 416,4 mln. manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
AMB-nin məlumatına görə, 2009-cu il iyulun 1-nə manatla əmanət və depozitlərin həcmi 1 mlrd. 287,5 mln. manat (azalma 31,2%), o cümlədən tələbli əmanət və depozitlərin həcmi 701,8 mln. manat (azalma 28,4%), müddətli əmanət və depozitlərin həcmi 585,7 mln. manat (azalma 34,2%) təşkil edib.
Cari il iyulun əvvəlinə banklarda xarici valyuta ilə əmanət və depozitlərin həcmi 2 mlrd. 128,9 mln. manat (azalma 19,3%), o cümlədən tələbli əmanət və depozitlərin həcmi 663,7 mln. manat (artım 3,8%), müddətli əmanət və depozitlərin həcmi 1 mlrd. 465,2 mln. manat (azalma 26,7%) təşkil edib.
Bundan əlavə 2009-cu il iyulun 1-nə əmanət və depozitlərin strukturunda 1 mlrd. 934,3 mln. manat ev təsərrüfatı vəsaitlərinin, 1 mlrd. 482,1 mln. manat qeyri-maliyyə təşkilatlarının əmanət və depozitlərinin payına düşür.