Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin BMT Baş Assambleyasının iclasında Gürcüstan nümayəndəsi Aleksandr Lomayanın ittihamlarını təkzib edib. A.Lomaya Rusiyanı ötən ilin avqustunda Cənubi Osetiya ətrafındakı münaqişənin gedişində etnik cinayət törətməkdə günahlandırıb.
A.Lomaya iddia edib ki, bu zaman Rusiya bu hərəkətini “müdafiə etmək öhdəliyi” haqda yeni konsepsiya ilə “ört-basdır” edib. Bu barədə çərşənbə günü BMT-nin xəbərlər xidməti məlumat yayıb.
2005-ci ildə BMT-nin Ümumdünya sammitində qəbul edilən bu konsepsiya hakimiyyətlərin üzərinə əhalinin hərbi cinayətlərdən, etnik təmizləmələrdən, bəşəriyyətə qarşı cinayətlərdən müdafiə etmək öhdəliyi qoyur və yalnız hakimiyyətlərin üzərinə düşən öhdəliyi yerinə yetirmək istəməməsi və ya yerinə yetirə bilməməsi zamanı kənardan müdaxiləyə yol verir.
"Rusiya sülh məramlılarımızın gürcü qoşunlarının atəşi altında qaldığı və n özünümüdafiə hüququqnu reallaşdırıberinə yetirə bilməməsi zamanı kənardan müdaxiləyə yol verirmiyyətin öz üzərinə düşən öhd öz fəaliyyət planını hələ sonadək tam müəyyən olunmamış konsepsiyaya birləşdirməyə çalışmadan BMT Nizamnaməsinin 51-ci maddəsi üzrə hərəkət edib və özünümüdafiə hüququnu reallaşdırıb", - deyə V.Çurkin iclasda bildirib.
Konsepsiya hazırda BMT BA çərçivəsində müzakirə edilir. Bir çox nümayəndələr bəyan edirlər ki, konsepsiya hələ özündə universal hüquqi dolğunluğu ehtiva etmir. Bəzi dövlətlər onun reallaşdırılmasının dövlətlərin daxili işlərinə qarışmağa gətirib çıxaracağından narahatdırlar.
Gürcüstanın BMT-dəki nümayəndəsi A.Lomaya da yeni konsepsiyanın eybəcər şəkildə izahından qaçmağa çağırır. O bəyan edib ki, artıq buna nümunə var. RF “yeni rus vətəndaşlarının müdafiəsi” bəhanəsi ilə onun ölkəsinə hərbi müdaxilə həyata keçirib. O, bu mühüm beynəlxalq prinsipdən şəxsi maraqlara xidmət etmək üçün istifadəyə imkan verməyən mexanizmləri nəzərdən keçirməyi təklif edib.
Cavabında V.Çurkin Gürcüstan nümayəndəsinin çıxışını qeyri-konstruktiv adlandırıb və deyib ki, Rusiya "ikinci Srebnitsanın günahını öz üzərinə götürə" və Gürcüstan rejiminin mühakiməsiz cinayətlərinin etinasız müşahidəçisi kimi qala bilməz.
Hadisələrin indi qəbul edilən rəsmi versiyasına görə, 1995-ci il iyulun 11-də Bosniya serblərinin qoşunları Şərqi Bosniyanın BMT tərəfindən “təhlükəsizlik zonası” elan edilən Srebnitsa şəhərini ələ keçirərək iki gün ərzində orada 7-8 min müsəlman kişini qətlə yetiriblər.