Azərbaycan prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsində mühasibat uçotunun təqdimatı qaydalarının pozulmasına görə cərimə sanksiyalarının artırılmasına dair dəyişiklikləri təsdiqləyib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Prezident Administrasiyasından məlumat verilib.
Dəyişikliklərin mətni cümə axşamı rəsmi mətbuatda dərc olunub.
Həmin dəyişikliklər mühasibat və birləşdirilmiş maliyyə hesabatlarının vaxtında təqdim edilməməsinə, eləcə də hesabatlarda yarımçıq və dürüst olmayan məlumatların göstərilməsinə görə cərimələrin məbləğinin artırılmasını nəzərdə tutur.
O cümlədən, cərimənin məbləği vəzifəli şəxslər üçün 300-400 manat, hüquqi şəxslər üçün isə 500-700 manat müəyyən edilib.
Xəbər verildiyi kimi, Milli Məclis iyunun 30-da mühasibat uçotunu təqdim edilməsi qaydalarının pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri qəbul edib.