Azərbaycan Tehran qısametrajlı filmlər festivalının seçmə turuna 8 kinolent təqdim edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Onlar arasında «Gerçəyin özü», «Portret», «Dua», «Azərbaycan xalçaları», «İçərişəhər» və digər filmlər var.
Festivalda 100-dən çox dövlətdən kinematoqraflar iştirak edəcəklər. Onların 21-i müsəlman ölkələridir - Türkiyə, Əlcəzair, İraq, Tacikistan, Banqladeş, Bəhreyn, Pakistan, Misir və başqaları.
Festival bu ilin payızında keçiriləcək və məqsəd gənc nəslin idrak və təsəvvürlərini genişləndirməkdir.