Səhiyyə Nazirliyi Bakı əhalisi arasında əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin müəyyən edilməsi üçün maraqların ifadə edilməsi metodu ilə sosial sorğunun keçirilməsilə bağlı məsləhətçi seçimi üzrə tender elan edib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə SN-dən məlumat verilib.
Tender DB tərəfindən maliyyələşdirilən səhiyyə sistemindəki islahatların davam etdirilməsi çərçivəsində keçirilir.
Tenderin şərtlərinə görə, sosial sorğu Bakıda bir ay müddətində keçirilməlidir. Məsləhətçi həmçinin məlumat bazası və sorğunun yekunları üzrə texniki hesabat hazırlamalıdır.
Sosial sorğunun keçirilməsində məqsəd aşağıdakı tapşırıqların yerinə yetirilməsinə yönəlib: əhalinin tibbi xidmətlər haqda məlimatlılıq səviyyəsini müəyyən etmək; əhalinin əsas problemləri və tibbi xidmətlərə tələbatı; tibbi xidmətə münasibət və səhiyyə sisteminin nüfuzu; səhiyyə sistemindəki problemlər və onların həlli yolları; həkimlərə və tibbi idarələrə etimadın səviyyəsi.
Tenderdə səhiyyə sahəsində sosial sorğuların keçirilməsi sahəsində ən azı 5 illik təcrübəsi olan, ən azı 3 sosial sorğunu uğurla keçirmiş, sorğunu keçirilməsi üçün müvafiq kadr potensialına malik, statistik məlumat bazasının yaradılması təcrübəsi olan şirkətlər iştirak də bilərlər.
Məsləhətçilərdən təkliflərin qəbulu avqustun 14-dən qəbul ediləcək.
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti və DB 2006-cı ilin oktyabrında səhiyyə sistemində islahatların davam etdirilməsi layihəsi üzrə $50 mln. bank kreditini verilməsi barədcə saziş imzalayıblar. Layihənin ümumi dəyəri $86,8 mln. təşkil edir. DB-nin maliyyə vəsaitindən başqa, Azərbaycan hökuməti $28,25 mln., ABŞ İnkişaf Agentliyi (USAID) - $8 mln., UNICEF - $470 min, ÜST - $35 min həcmində vəsait verəcək. Layihə 6 il üçün nəzərdə tutulub.
Layihə çərçivəsində 4 əsas komponentin reallaşdırıılması nəzərdə tutulub: planlaşdırma və tənzimləmə üzrə SN-nin funksiyalarının gücləndirilməsi; seçilmiş rayonlarda səhiyyə xidmətlərini keyfiyyətinin yüksəldilməsi; yeni xəstəxanaların tikilməsi; səhiyyə sahəsində maliyyələşdirmə sisteminə yeni yanaşmanın tətbiqi.