“Aqrolizinq” ASC taxılyığan kombaynların alınması üzrə tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Tender elanına görə, 150-160 at gücünə malik 180 ədəd kombaynın alınması planlaşdırılır.
Şərtlərə əsasən, tenderin qalibi müqavilənin bağlanmasından etibarən 90 gün ərzində texnikanı SC-nin bazalarından birinə çatdırılmasını həyata keçirməlidir.
Tenderin qalibinin seçilməsində əsas meyarlar bunlardır: ucuz qiymət, texnikanın yüksək keyfiyyəti və standartlara uyğunluğu, müqavilə üzrə işlərin vaxtında yerinə yetirilməsi və yüksək keyfiyyəti üzrə öhdəliklər, iddiaçının maliyyə vəziyyəti, kənd təsərrüfatı avadanlıqlarına texniki xidmət sahəsində təcrübə, eləcə də iddiaçıların maddi-texniki vəziyyəti.
Tender təklifləri 2009-cu il sentyabrın 10-dək qəbul edilir. Tender proseduru sentyabrın 11-də keçiriləcək. Tenderdə iştirak etmək üçün dövlət rüsumu 1000 manatdır.
"Aqrolizinq" ASC 2004-cü ilin oktyabrında təsis edilib. SC-nin təsisçisi İqtisadi İnkişaf Nazirliyidir.