Dövlət Film Fondu təxminən 64 min ədəd arxiv kinomateriallarını- bədii, sənədli və digər filmləri, kinojurnalları və s. bərpa etmək niyyətindədir. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Dövlət Film Fondundan məlumat verilib.
Bərpanın tezliklə burada quraşdırılacaq Fransanın “Essen do Bril” avadanlıqlarının köməyi ilə bərpa olunması nəzərdə tutulub.
Avropa Kino Arxivləri Federasiyasının üzvü olan Azərbaycan ilkin olaraq problem barədə federasiyanın rəhbərliyi ilə danışıb və artıq Fransa tərəfinin Azərbaycanda bu avadanlıqların quraşdırılması barədə razılığını alıb.