Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi özünün latviyalı həmkarı Valdis Zatlersi “Heydər Əliyev” ordeni ilə təltif edib.
Prezidentin sərəncamının mətnində deyilir ki, Latviya prezidentinin mükafatlandırılması haqda qərar onun iki ölkə arasında “dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında xüsusi xidmətləri” nəzərə alınmaqla qəbul edilib.
Bu günlərdə V.Zatlers Azərbaycanda rəsmi səfərdədir.
“Heydər Əliyev” ordeni Azərbaycanın ən ali mükafatıdır.