RF prezidenti Dmitri Medvedyevin Rusiyanın yeni səfirinin Kiyevə göndərilməsini ləğv etməklə bağlı qərarı Ukraynanın Gürcüstana silah satışının və bu ölkədə qarşıdakı prezident seçkiləri kampaniyasının nəzərə alındığı fəal diplomatik oyundur. MDB ölkələri İnstitutu direktorunun müavini Vladimir Jarixin belə hesab edir.
"Prezident Medvedyevin bəyanatı Viktor Yuşenko tərəfindən aparılan antirusiya kursun çoxsaylı faktları ilə bağlıdır. Belə kursa çoxsaylı misallar arasında ən əsası Ukraynadan Gürcüstana ağır hərbi texnikanın satışıdır. Və Kiyevdə də BMT nizamnaməsinə görə buna onların hüquqlarının çatdığını istehza ilə bəyan edirlər", - deyə V.Jarixin şərşənbə axşamı D.Medvedyevin Ukrayna prezidentinə açıq məktubunu “İnterfaks”a şərh edərkən bildirib.
Kremlin mətbuat xidmətindən verilən məlumata görə, RF prezidenti Ukraynanın hazırki rəhbərliyini antirusiya siyasəti yürütməkdə günahlandırıb və Ukraynaya Rusiyanın yeni səfirinin göndərilməsi qərarının ləğv edildiyini bildirib. Dövlət başçısının sözlərinə görə, səfir "işinə bir qədər güc başlayacaq, konkret tarix münasibətlərimizin real dinamikası nəzərə alınmaqla müəyyən ediləcək".
"Bu addım şübhəsiz, diplomatik oyundur, həm də nəticəsinin uğur qazanacağına ümid etməməyin qeyri-mümkün olduğu fəal oyundur", - deyə V.Jarixin bununla bağlı bildirib.
Onun sözlərinə görə, Moskvanın hazırki vəziyyətdə ümid etdiyi nəticə "Rusiya-Ukrayna münasibətlərinin böhran vəziyyətindən çıxmasıdır".
Politoloq hesab edir ki, RF prezidentinin açıq məktubu Ukrayna qarşıdan gələn prezident seçkiləri kampaniyasına da təsir edsəcək. "Seçki kampaniyasının bütün iştirakçıları öz siyasi kurslarına istiqamətlənməli olacaqlar. Ukraynanın qərb, qismən də mərkəzindəki elektoratın antirusiya əhval-ruhiyyəli hissəsinin Yuşenko ətrafında birləşməsi mümkündür. Lakin Timoşenko və Yanukoviç kimi siyasətçiləri də unutmaq olmaz", - deyə V.Jarixin bildirib.