Azərbaycanla Tuvalu arasında diplomatik münasibətlər qurulub. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, Azərbaycan və Tuvalu Nyu-Yorkda diplomatik münasibətlərin qurulması haqda birgə kommunike imzalayıblar. Sənədi Azərbaycan və Tuvalunun BMT-dəki daimi nümayəndələri Aqşin Mehdiyev və Afele Pita imzalayıblar.
Məlumatda bildirilir ki, sənəd qarşılıqlı anlaşma, əməkdaşlıq və dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsdəilə imzalanıb.