İran Azərbaycanla ildə 54 mlrd. kubmetr qazın alınması barədə razılığa gəlib. Bu barədə çərşənbə axşamı İranın Azərbaycandakı Məhəmməd Bağır Bəhrani konfrasda bildirib.
Bu məsələ Ramazan bayramından sonra XİN başçısı Elmar Məmmədyarovun İrana səfərində müzakirə mövzusu olacaq.
Səfirin sözlərinə görə, daha sonra İranın neft naziri Azərbaycana səfərə gələcək.
O qeyd edib ki, bu il iki ölkə arasında mal dövriyyəsi $700 mln. təşkil edir, keçən il isə bu rəqəm $670 mln. olub.
«Azərbaycan və İran bütün sahələrdə münasibətlərin inkişafı üçün böyük potensiala malikdir və bunun üçün əlavə təkan lazımdır», - deyə M.B.Bəhrani vurğulayıb.
O deyib ki, «dünya dəyişikliklər ərəfəsindədir və bu, İranla Azərbaycan arasında münasibətləri daha da möhkəmləndirməyə vadar edir».
«Azərbaycanın inkişafı bizim inkişafımızdır, Azərbaycanın gələcəyi və təhlükəsizliyi bizim gələcəyimiz və təhlükəsizliyimizlə bağlıdır», - deyə diplomat bildirib.
Səfir vurğulayıb ki, regionun islam ölkələrinin uğuru onların birliyində olmalıdır. «Dünya xalqları tədricən mənəviyyata doğru gedir, materialist sistem isə iflasa uğrayır. Bunu Sovet İttifaqının dağılması misalında görmək olar. Bu şəraitdə islam ölkələrinin birliyi mühüm rol oynaya bilər. Lakin biz ayıq olmalıyıq. Ona görə ki, bizim birliyimizi pozmaq planları mövcuddur. Əgər birlik olarsa, İraqda təhlükəsizlik bərpa olunacaq, Dağlıq Qarabağ Azərbaycana, Yerusəlim isə fələstinlilərə qayıdacaq», - deyə M.B.Bəhrani bildirib.