Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Bakıdakı Babək prospekti, Məhəmməd Hadi və Mikayıl Əliyev küçələrinin kəsişməsində tikilən yeni yol qovşağını açıb.
Dövlət başçısı “Gəncə Körpü Tikinti-2” MMC tərəfindən inşa edilən bu qovşağın iki körpü və üç avtomobil keçidindən ibarət olması barədə məlumatlandırılıb.
Yol qovşağının uzunluğu 2116 metr, giriş və çıxışları ilə birgə 2500 metrdən çoxdur. Eni 23,4 metr olan qovşağ iki enmə və iki qalxma zolağından ibarətdir. Qovşağın iki yerində iki piyada keçidi də var.