Bakıda ötən sutka ərzində baş verən yol-nəqliyyat hadisələrində bir nəfər həlak olub, daha 7 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə respublika DİN-dən məlumat verilib.
Ümumilikdə, paytaxtda ötən cümə axşamı yol hərəkəti qaydalarının pozulması ilə bağlı 1696 fakt qeydə alınıb. «Pozucuların hamısı inzibati cəzaya cəlb olunublar», -deyə DİN-dən məlumat verilib.
Bu zaman qeydə alınan faktlardan 12-si piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması, 18-i sürücülər tərəfindən qəza vəziyətinin yaradılması, 37-i avtomobilin qırmızı işığı keçməsilə, 30-u avtomobilin sürücülük vəsiqəsi olmadan idarə edilməsilə bağlı olub.