Azərbaycanda fəaliyyət göstərən banklar yanvar-sentyabr aylarında dövlət istiqrazları üzrə əməliyyatların əsas iştirakçıları olublar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından (BFB) məlumat verilib.
“2009-cu ilin yanvar-sentyabr aylarında dövlət istiqrazları (qısamüddətli və ortamüddətli) ilə əməliyyatların təhlii göstərib ki, banklar onlar üzrə əməliyyatların əsas iştirakçılarıdır. Dövlət istiqrazları üzrə bütün əqdlərin 84,99%-i bankların payına düşüb”,-deyə BFB-in nümayəndəsi bildirib.
Onun sözlərinə görə, dövlət istiqrazları ilə əqdlərin ümumi həcminin 7,5%-i broker şirkətlərinin, 3,22%-i sığorta şirkətlərinin, 1,16%-i qeyri-bank kredit təşkilatlarının, 3,13%-i digər institutional investorların payına düşüb.
Mənbə qeyd edib ki, hesabat dövründə dövlət istiqrazlarının yerlışdirilməsi 340,489 mln. manat, təkrar bazarda 140,1 mln. manat təşkil edib.
Əgər yanvarda dövlət istiqrazları üzrə gəlirlilik 6,41% təşkil edibsə, bu il sentyabrın yekunları üzrə 1,73%-dək azalıb.
Xəbər verildiyi kimi, Maliyyə Nazirliyi 2009-cu ildə 1,1 mlrd. manatdan çox dövlət istiqrazının emissiyasını planlaşdırır.