2009-cu ilin yanvar-sentyabr aylarında Sumqayıtın müəssisə və təşkilatlarında orta aylıq əmək haqqı 230 manat təşkil edib ki, bu da 2008-ci ilin analoji dövrünün göstəricisindən 15% çoxdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentlityinə şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Sənaye müəssisələrində işçilərin orta əmək haqqının həcmi 2009-cu ilin yanvar-sentyabr aylarında 250 manatı ötüb (artım 8,7%).
Ümumilikdə, son altı ildə şəhər üzrə orta aylıq əmək haqqının səviyyəsi 3,6 dəfə, sənaye müəssisələrində 3,3 dəfə artıb.