Azərbaycan Hesablama Palatası (AHP) Milli Arxiv İdarəsinin inzibati binasının yenidən qurulması üçün büdcə vəsaitlərindən məqsədli istifadənin auditini keçirəcək. Bu barədə AHP-nin məlumatında bildirilir.
“Hesablama Palatası kollegiyası Milli Arxiv İdarəsinin inzibati binasının yenidən qurulması üçün vəsaitdən istifadənin auditi proqramını təsdiqləyib. Yenidənqurma işləri Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Milli Agentlik tərəfindən aparılıb. İşlərin maliyyələşdirilməsi dövlət kapital qoyuluşları çərçivəsində dövlət büdcəsinin vəsaitləri hesabına həyata keçirilib”,-deyə məlumatda vurğulanır.
Bundan əlavə, palata kollegiyası iki auditor yoxlamasının yekunlarını təsdiqləyib. Bunlar Saatlı rayonu Əmək və Sosial Müdafiə Mərkəzində ünvanlı sosial yardımın verilməsi üçün vəsaitin proqnozlaşdırılması və istifadəsi üzrə audit, həmçinin Azərbaycanın Ukraynadakı səfirliyinin saxlanması üçün dövlət büdcəsinin proqnozlaşdırılması və icrası, səfirlik tərəfindən dövlət büdcəsinə dövlət rüsumunun hesablanması və ödənilməsi üzrə auditdir.
AHP 2009-cu ildə 35 auditor və 13 analitik tədbirin keçirilməsini planlaşdırır.