Azərbaycan Silahlı Qüvvələrində A/H1N1 virusu ilə əlaqədar tədbirlər həyata keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bununla əlaqədar müdafiə naziri Səfər Əbiyev əmr imzalayıb. Əmrdə Azərbaycan SQ-nin bütün rəhbər heyəti üçün tapşırıqlar müəyyən edilib.
O da qeyd olunub ki, artıq bütün hərbi hissələrdə əmrin icrasına başlanılıb və profilaktik tədbirlər görülür.