TBC Kredit qeyri-bank kredit təşkilatı (QBKT) 2009-cu ilin yanvar-sentyabr aylarında kredit portfelini 14% - $15,919 mln.-a kimi azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə maliyyə təşkilatından məlumat verilib.
Bu il oktyabrın 1-i üçün verilən kreditlərin sayı 1334-ə (artım 23,8%) çatıb.
Kredit portfeli aşağıdakı kimi bölünüb: biznes-kreditlər $7,112 mln. (45%), ipoteka kreditləri $6,401 mln. (40%), istehlak kreditləri $2,405 mln. (15%).
Bundan əlavə şirkətin nümayəndəsi bildirib ki, bu yaxınlarda TBC Kredit Sumqayıtda öz nümayəndəliyinin ofisini açıb.
TBC Kredit 2008-ci ilin mayına kimi SOA Kredit QBKT kimi fəaliyyət göstərib. 2007-ci ilin dekabrında TBC Bank QBKT-də 75% iştirak payını alıb. Nəticədə şirkətin kapitalı $7,5 mln. artıb. Hazırda QBKT-nin nizamnamə kapitalı $10 mln. təşkil edir. TBC Kredit-in səhmdarları Gürcüstanın TBC Bank və Amarikanın ShoreBank International Ltd. şirkətidir.