Maliyyə Nazirliyi noyabrın 13-də Bakı Fond Birjasında (BFB) 6 mln. manat məbləğində iki seriyada dövlət ortamüddətli istiqrazların (DOİ) yerləşdirilməsi üzrə hərraclar keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə birjadan məlumat verilib.
200 manat nominalında 1703323S seriyalı 15 min DOİ-nin tədavül müddəti 728 gün, dərəcə 3,25%, kağızların ödəniş tarixi 11 noyabr 2011-ci ildir.
Faizlər üzrə ödənişlər 14 may 2010-cu il, 12 noyabr 2010-cu il, 13 may 2011-ci il, 11 noyabr 2011-ci ildir.
İstiqrazların alınması üçün hərrac iştirakçıları tərəfindən təqdim olunan ərizələrin ümumi həcmi emitent tərəfindən hərraca çıxarılan istiqrazların həcminin 30%-dən az olarsa, emitentin ərizəni qəbul etməmək hüququ var.
200 manat nominalında 10803423S seriyalı 15 min DOİ-nin tədavül müddəti 1092 gün, dərəcə 3,5%, kağızların ödəniş tarixi 9 noyabr 2012-ci ildir.
Faizlər üzrə ödənişlər 14 may 2010-cu il, 12 noyabr 2010-cu il, 13 may 2011-ci il, 11 noyabr 2011-ci il, 11 may 2012-ci il və 9 noyabr 2012-ci ildir.
DOİ-nin emissiya həcminin 20%-dən çox olmayan qeyri-rəqabətli ərizələr hərraca buraxılır. İstiqrazların alınması üçün hərrac iştirakçıları tərəfindən təqdim olunan ərizələrin ümumi həcmi emitent tərəfindən hərraca çıxarılan istiqrazların həcminin 20%-dən az olarsa, emitentin ərizəni qəbul etməmək hüququ var.
DQİ-nin yerləşdirilməsi üzrə hərraclar Maliyyə Nazirliyi və BFB arasında 2002-ci il avqustun 29-da bağlanmış saziş əsasında keçirilir.