Azərbaycanda inflyasiya 2009-cu ilin oktyabrında sentyabr ilə müqayisədə 0,4% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Oktyabrda ərzaq mallarının qiymətləri 0,2% artıb. Süd məmulatlarının, pendir, yumurtanın qiymətləri 2,1%, ət məhsulları 0,7%, balıq məhsulları - 0,7%, çörək və çörək məhsulları - 1,16%, yağ və piy - 1,9%, pivə - 0,1% artıb.
Hesabat ayında spirtli içkilər 0,3%, meyvə – 6,6%, tərəvəz - 1,4% ucuzlaşıb.
Oktyabrda qeyri-ərzaq mallarının qiymətləri 0,7% artıb.
Geyimin qiyməti 1,1%, xalça – 0,3%, tibbi cihazlar və qurğular -0,6%, ayaqqabı - 0,8%, kiçik elektrik cihazları – 0,2%, zinət əşyaları – 2,3%, tikinti materialları - 1,1%, parça – 0,4% bahalaşıb.
Oktyabrda xidmətlərin qiymətləri 0,3% artıb. Hesabat ayında stomatoloji xidmətlər, metroda gediş haqqı, MDB ölkələrinə aviabiletlərin qiymətləri artıb. Oktyabrda İnternetə qoşulmaq üçün və mobil rabitə tarifləri ucuzlaşıb.
Bakıda oktyabrda inflyasiya 0,2% səviyyəsində müşahidə edilib. Paytaxtda hesabat ayında ərzaq mallarının qiymətləri 0,5%, qeyri-ərzaq mallarının qiymətləri 1,1%, xidmətlər 1,1% artıb.
DSK-nın məlumatına görə, Azərbaycanda orta illik inflyasiya 1,7%, o cümlədən ərzaq malları üzrə deflyasiya 1%, qeyri-ərzaq malları üzrə inflyasiya 4%, xidmətlər üzrə inflyasiya 6,6% təşkil edib.
Xəbər verildiyi kimi, Azərbaycanda 2008-ci ildə inflyasiya illik hesablamada 20,8% təşkil edib. 2009-cu ildə Azərbaycan hökuməti illik inflyasiyanın 1% səviyyəsində olacağını proqnozlaşdırır.