Türkiyə viza rejimini sadələşdirmək niyyətindədir və gələcəkdə ümumiyyətlə Azərbaycanla viza rejimini aradan qaldırmağı planlaşdırır. Bu barədə Türkiyənin ölkəmizdəəki səfiri Hülüsi Kılıc məlumat verib.
«Bu normaldır, gələcəkdə biz elə etməliyik ki, vətəndaşlarımız şəxsiyyət vəziqəsilə səfər edə bilsinlər», - deyə H.Kılıc çərşənbə axşamı Bakıda jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, 2007-ci ildən Azərbaycan vətəndaşları 1 ay müddətində Türkiyə ərazisində vizasız qala bilirlər. «İndi isə Azərbaycan vətəndaşları 3 ay müddətində Türkiyə ərazisində vizasız qala bilərlər. Eləcə də Türkiyə vətəndaşları da 3 ay müddətində Azərbaycan ərazisində viza olmadan yaşaya bilərlər», -deyə H.Kılıc qeyd edib.
«Bu sənəd (viza rejiminin sadələşdirilməsini nəzərdə tutan – İF-Az.) ilin sonunadək Azərbaycan və Türkiyənin Xarici İşlər nazirlikləri arasında imzalanacaq», -deyə səfir dəqiqləşdirib.