Ötən həftə ərzində Azərbaycanda 32 yol-nəqliyyat qəzası baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi DİN-dən məlumat verilib.
Yol qəzaları nəticəsində 14 nəfər həlak olub, 51 nəfər bədən xəsarəti alıb.
Ən böyük yol qəzalarından biri Sabunçu rayonunda baş verib. “Moskviç” markalı avtomobil ilə “Mersedes” markalı sərnişin avtobusunun toqquşması nəticəsində 2 nəfər həlak olub, 3 nəfər bədən xəsarəti alıb.
Nərimanov rayonunda “Mersedes”in beton dirəyə çırpılması nəticəsində 2 nəfər bədən xəsarəti alıb.
Salyan rayonunda “Azsamand” və “VAZ 2106” avtomobilləri toqquşub. Nəticədə 1 nəfər həlak olub, 4 adam yaralanıb. Şirvan şəhərində “VAZ 2107” avtomobili 2 piyadanı vurub. Nəticədə kişi həlak olub, onun oğlu xəstəxanaya yerləşdirilib.