Baş nazir Artur Rəsizadə 2010-cu ildə Novruz, Ramazan və Qurban bayramları ilə əlaqədar qeyri-iş günlərinin siyahısını təsdiqləyib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Hökumətin qərarına əsasən gələn il Novruz bayramının qeyd edilməsilə əlaqədar 20, 21, 22, 23 və 24 mart, Ramazan bayramı ilə əlaqədar 9 və 10 sentyabr, Qurban bayramına görə 16 və 17 noyabr qeyri-iş günləri elan edilib.