Bakı metropoliteni 2013-cü ildə sərnişin daşımalarının həcmində artımın 2009-cu ildə gözlənilən göstərici ilə müqayisədə 5% - 215 mln. nəfərədək olacağını proqnozlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə metropolitendən məlumat verilib.
İdarənin proqnozlarına görə, 2009-cu ilin yekunlarına görə, daşımaların həcminin 205 mln. nəfər olacağı gözlənilir ki, bu da 2008-ci ilin səviyyəsinə uyğundur.
Bakı metropoliteni 1967-ci ilin noyabrında istismara verilib. Hazırda metropoliteni iki xətdən, 21 stansiyadan ibarətdir. Metronun inkişafı layihəsinə görə, 2040-cı ilədək metrodakı stansiyaların sayının 70-ə çatdırılması planlaşdırılır.