Parlament dövlət bayramını – Dövlət Bayrağı Gününü ödənilən qeyri-iş günlərinin siyahısına daxil edib.
“Noyabrın 9-da qeyd edilən Dövlət Bayrağı Günü üçün belə status Əmək Məcəlləsinə düzəlişlərlə müəyyən olunur”,-deyə parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli cümə günü Milli Məclisin plenar iclasında bildirib.
“Azərbaycan dövlətçiliyinin ən böyük atributuna hörmət, Dövlət Bayrağı Gününün bayram edilməsi bizim milli bayrağa diqqətdən irəli gəlir”,-deyə H.Rəcəbli vurğulayıb.
Milli Məclis həmin gün Əmək Məcəlləsinə düzəlişləri qəbul edib.