Azərbaycan parlamenti respublikanın keçmiş prezidentlərinin statusunu müəyyən edən qanun qəbul etməlidir. Müxalifətçi deputat Fazil Mustafa belə hesab edir.
«Mən “Əvvəllər Azərbaycan prezidenti seçilmiş şəxslərin təmin edilməsi haqqında” qanun layihəsi hazırlayaraq, baxılmaq üçün Milli Məclisə təqdim etmişəm», - deyə müxalif Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa cümə günü parlamentin plenar iclasında bəyan edib.
«Bu qanunu qəbul etməklə biz eyni zamanda Azərbaycan Konstitusiyasından irəli gələn tələbləri təmin edəcəyik», - deyə o əlavə edib. Deputat izah edib ki, Azərbaycan Konstitusiyasında eks-prezidentlərə müəyyən statusun verilməsi nəzərdə tutulur.
«Buna görə də biz Konstitusiyanın bu tələbini yerinə yetirməliyik», - deyə o qeyd edib.