Bakıda Beynəlxalq “Alüminium” müasir incəsənət biennalı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
IV biennal Bakıda dekabrın 11-dən 18-dək keçiriləcək. Tədbir Mədəniyyət və Turizm Nazirliy tərəfindən təşkil olunub.
Biennalın ildə iki dəfə keçirilməsi artıq ənənə halını alıb. Burada müxtəlif ölkələrin müasir incəsənət dünyasında baş verən bütün əsas proseslər nümayiş olunur.
Bakılılara 20 ölkədən 50 müəllifin əsərlərinə baxmaq imkanı veriləcək.
Həftə ərzində Bakının müxtəlif salon və qalereyalarında sərgilər keçiriləcək.
Biennalın açılışı Şirvanşahlar sarayında olacaq.