Sentyabr ilə müqayisədə oktyabrda Azərbaycanın təkrar avtomobil bazarında orta qiymət dəyişməyərək $16,1 min səviyyəsində qalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Daşınmaz əmlak bazarı” ictimai birliyindən avtomobil bazarının monitorinqinin yekunları üzrə bildirilib.
“Oktyabrda aparılan təkrar avtomobil bazarında qiymətlərin monitorinqinin nəticələri göstərib ki, həmin dövrdə bazarda mövsümü fəallıq müşahidə edilib. Oktyabrda təkrar avtomobil bazarında orta qiymət əvvəlki aylarla müqayisədə dəyişməyərək $16,1 min səviyyəsində qalıb”,-deyə birliyin nümayəndəsi vurğulayıb.
Onun sözlərinə görə, sentyabr ayı ilə müqayisədə oktyabrda avtomobil bazarında əqdlərin sayı 1,4% artıb.
Monitorinq təkrar bazarda 7100 avtomobili əhatə edib. Onlardan 40,2%-i bazara oktyabrda daxil olub.
Birliyin nümayəndəsi qeyd edib ki, oktyabrda təkrar bazarda Mercedes–Benz avtomobilləri (ümumi təkliflər portfelində 38,6% paya malikdir) öz liderliyini qorurub saxlayıb.