Avropa Birliyinin Brüsseldəki mənzil-qərargahının əməkdaşları əmək haqqı ilə bağlı yaranan problemlərə görə tətil elan etməyə hazırlaşırlar.
Avropa Birliyi presonalının maraqlarını təmsil edən Həmkarlar İttifaqının rəhbərlərindən biri Renso Karpantino AB-yə yaxın “Avroobserver” nəşrinə bildirib ki, çərşənbə axşamı dekabrın 14-də iki saatlıq etiraz aksiyasının keçirilməsi haqda qərar qəbul ediləcək.
İlkin olaraq tətilin dekabrın 10-da, Brüsseldə AB-nin təşkilatın genişləndirilməsi və iqlimin dəyişdiirlməsi məsələlərinin müzakirəsinə həsr olunmuş sammit zamanı keçirilməsi planlaşdırılmışdı. Lakin R.Karpentino qeyd edib ki, “əldə olunan razılaşmaya görə Avropa Birliyinin prezidenti Herman Van Rompeyin sədrliyi ilə keçirilən AB Şurasının yüksək səviyyədə ilk iclasını pozmayacağıq”.
Etiraza AB-nin 15 ölkəsindən olan qrupun mövqeyi səbəb olub. Onlar bildiriblər ki, AB personalının əmək haqlarının 3,7% artırılmasını qarşısını alırlar və bunu iqtisadi böhranla əlaqələndirirlər.
Nəşr qeyd edir ki, əmək haqlarının artırılması əməli mexanizmlə nəzərdə tutulub ki, bu, AB mənzil-qərargahının əməkdaşlarının əmək haqlarını və AB-nin 8 ən varlı ölkəsinin – Belçika, Böyük Britaniya, Almaniya, Hollandiya, İtaliya, İspaniya, Lüksemburq və Fransa – hökumət məmurlarının əmək haqları ilə əlaəqləndirir.
15 ölkədən olan qrup bildirib ki, böhran dövründə istisna etmək lazimdır, lakin AB-nin hüquq xidməti buna əsas gorməyib.
AB ölkələri diplomatları çərşənbə günü qapalı müşavirədə vəziyyəti müzakirə edəcəklər.