Baker Tilly Azerbaijan auditor şirkəti “Azər-Türk-Bank”ın 2009-cu il üçün maliyyə fəaliyyətinin auditini keçirəcək. Bu barədə bankın saytında yerləşdirilən məlumatda bildirilir.
“Bankın 2009-cu ildə fəaliyyətinin Beynəlxalq Maliyyə Hesabatları Standartları (BMHS) üzrə auditinin aparılması üçün bankın Müşahidə Şurası Baker Tilly Azerbaijan şirkətini seçib”,-deyə məlumatda qeyd olunur.
Baker Tilly Azerbaijan Baker Tilly İnternational şirkətinin müstəqi üzvüdür, beynəlxalq səviyyədə auditor və konsaltinq xidmətləri göstərir.
“Azər-Türk Bank” 1995-ci ilin mayında yaradılıb. Onun səhmdarları Türkiyə tərəfindən T.C.Ziraat Bankasi və Ziraat Bank International, Azərbaycan tərəfdən bir neçə hüquqi şəxsdir.
“Azər-Türk Bank” 2008-ci ilin yekunları üzrə “İnterfaks-İAM”ın hazırladığı “İnterfaks-1000: MDB bankları” renkinqində aktivlərinin həcminə görə MDB bankları arasında 760-cı, Azərbaycanın 46 bankı sırasında 25-ci yeri tutub.