Təhsil Nazirliyi və Microsoft şirkəti arasında milli təhsil sistemində İT-nin tətbiqi sahəsində əməkdaşlığı nəzərdə tutan qarşılıqlı anlaşma haqda memorandum imzalanıb.
«Bu artıq ikinci belə memorandumdur və yeni sənədin imzalanması 2006-2009-cu illəri nəzərdə tutan birinci memorandumun müddətinin başa çatması ilə əlaqədardır», - deyə respublikanın təhsil naziri Misir Mərdanov mərasimdə bildirib.
Onun sözlərinə görə, birinci sənəd çərçivəsində Azərbaycandakı 500-dən artıq məktəb İnternetə qoşulub. Növbəti dərs ilində Microsoft azərbaycanlı məktəblilərin 4 min noutbukla təmin olunmasına kömək edəcək.
«Microsoft şirkəti Azərbaycanla əməkdaşlığa şaddır və biz işgüzar əlaqələrimizn inkişafını davam etdirəcək, informasiya texnologiyalarının tətbiqi sahəsində Təhsil Nazirliyinə hər cür yardım göstərəcəyik», - deyə şirkətin təhsil proqramlarının rəhbəri Teodor Milev bildirib.
Memorandum çərçivəsində müəllimlər üçün treninqlər keçiriləcək, məktəblilər üçün yeni imkanlar yaradılacaq, ümumilikdə təhsil sistemi təkmilləşdiriləcək.