“Aktau beynəlxalq dəniz ticarət limanı” respublika dövlət müəssisəsi 2010-cu ildə 14 mln. ton yük boşaldılmasını planlaşdırır. Bu barədə Nəqliyyat və Kommunikasiya Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
Bildirilir ki, bu göstəricini müəssisənin rəhbəri Talqat Abılqazin qurumun rəhbəri Abelqazi Kusainova təqdim edib.
2009-cu ildə yüklərin boşaldılması üzrə plan göstərici 13 mln. 832,9 min ton təşkil edir. Beləliklə, 2010-cu ilə yük boşaltmanın 1,2% artacağını planlaşdırır.
Xəbər verildiyi kimi, 2009-cu ilin yanvar-noyabr aylarında dəniz limanı 12 mln. 726 min ton əsas neftdaşıyan yükləri boşaldıb. Ötən ilin analoji dövründə bu göstərici 9 mln. 884 min ton təşkil edib.
Xəzərdə Manqışlak yarımadasında yerləşən Aktau limanı respublikanın inkişafı baxımından strateji önəm daşıyır. Çünki ölkənin yeganə beynəlxalq dəniz limanı sayılır.