Rusiyada Müsəlmanların Mərkəzi Ruhani İdarəsi (MMRİ) vahid islam dini-inzibati strukturunun yaradılmasında iştirak etmək niyyətində deyil.
"Dekabrın 7-də MMRİ-nin Rəyasət Heyəti, təşkilatın kollegial idarəetmə orqanı müsəlman təşkilatlarının birləşdirilməsinə hazırlıq üzrə İşçi qrupda iştirakdan imtina edtmək barədə qərar qəbul edib", - deyə cümə günü MMRİ-nin administrasiya rəhbəri Məhəmməd Tacuddinovun “İnterfaks-Din”ə (www.interfax-religion.ru) təqdim edilən bəyanatında bildirilir.
M.Tacuddinovun sözlərinə görə, MMRİ-nin Rəyasəət Heyəti “Rusiya müsəlmanlarının birləşməsinin yalnız müsəlman dini qurumlarının ali müfti Təlqət Tacuddinin rəhbərliyi altında MMRİ-a daxil olması yolu ilə mümkün olmasına” dair əvvəlki mövqeyini bir daha təsdiqləyir.
Xəbər verildiyi kimi, dekabrın 5-də Ufada MMRİ-nin rəhbəri T.Tacuddin, Rusiya Müftilər Şurasının və Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Mərkəzinin nümayəndələri birləşmək haqda danışıqlara başlamaq haqda qərar qəbul ediblər. Qərara alınıb ki, vahid islam strukturuun yaradılması prosesinə hər 3 təşkilatın nümayəndələrindən ibarət İşçi Qrupun yaradılmasından başlanılsın.