2009-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda neft hasilatı 46 mln. 355,4 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 13,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
O cümlədən yanvar-noyabr aylarında Azəri-Çıraq-Günəşli yataqları blokundan neft hasilatı 17% - 38,6 mln. tonadək artıb və ya respublikada neft hasilatının ümumi həcminin 83,3%-ni təşkil edib.
DSK-nın məlumatına görə, 2009-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda qaz hasilatı 21 mlrd. 387 mln. kubmetr təşkil edib ki, bu da ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 2,3 % çoxdur.
Bundan başqa 9,1 mlrd. kubmetr (artım 12%) qaz “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən səmt qazının və “Şahdəniz” yatağından hasil edilən təbii qazın payına düşür.