Saat 17.00-ə olan məlumata görə, Azərbaycanda bələdiyyə seçkilərində 1 mln. 308,190 min nəfər səs verib ki, bu da seçicilərin ümumi sayının 28,51%-i təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri MSK-nın “Seçkilər” İnformasiya Mərkəzindən məlumat verib.
Ən çox fəallıq 1 saylı Şərur-Sədərək seçki dairəsində müşahidə olunur. Burada seçicilərin 40,1%-i səs verib. Ən aşağı fəallıq 98 saylı Şəmkir şəhər dairəsində qeydə alınıb. Burada seçicilərin 23,7%-i səs verib.
Paytaxtda ən çox fəallıq 14 saylı Əzizbəyov rayon ikinci seçki dairəsində (30,29%), ən az fəallıq 28 saylı Sabunçu çüncü seçki dairəsində (23,7%) müşahidə olunur.
Səsvermə yerli vaxtla saat 8.00-da başlayıb və 19.00-da başa çatacaq.
Ümumilikdə, 1718 bələdiyyədə 15 682 yerə 30 975 namizəd qeydiyyata alınıb. Seçkilərə monitorinqi 49 548 yerli müşahidəçi həyata keçirəcək. Onlardan 48 388-i ayrı-ayrı dairələr üzrə, 1 160-ı bütün ölkə boyunca olacaq. Həmçinin 52 beynəlxalq təşkilat müşahidəçi statusunu alıb.
Seçicilərin fəallığı haqqında məlumat gün ərzində beş dəfə yayılacaq.
Ümumilikdə, səsvermədə 4,8 min seçki məntəqəsi üzrə 4,6 mln. nəfərə yaxın adam iştirak edəcək
Bundan əvvəl yerli özünüidarəetmə orqanlarına seçkilər iki dəfə - 1999 və 2004-cü illərdə keçirilib.