İtaliya Nazirlər Şurasının sədri Silvio Berluskoni cümə axşamı ölkənin tezliklə iqtisadi yüksəlişinə inandığını bəyan edib.
"Yüksəliş baş verəcək, çünki bütün əlamətlər bundan xəbər verir", -deyə o, yerli radionun efirində bildirib. "Biz hamımız anlamalıyıq ki, böhrandan çıxmaq üçün gələcəyə əminlik və nikbinliklə baxmaq lazımdır", -deyə S.Berluskoni qeyd edib.
Onun sözlərinə görə, “hər zaman qorxu hissini yaymaq, bu böhran barədə xatırlatmaq lazım deyil, çünki bir şey haqda çox danışdıqda o, reallığa çevrilir. Biz bu ciddi və dərin böhrandan AB-nin digər vətəndaşlarından tez və uğurlu çıxmağımız üçün mövcud şəraiti nəzərə almalıyıq".