Ermənistanın baş naziri Tiqran Sarkisyan “Canlı jurnalda” öz bloqunu açıb. Bu barədə bazar ertəsi “İnterfaks”a ölkə hökumətinin mətbuat xidmətindən məlumat verilib.
http://tigransargsyan.livejournal.com bloqunda baş nazirin cəmi bir yazısı yerləşdirilib. Bu yazıda o, vətəndaşlarla birbaşa dialoqun vacib olduğunu bildirir.
"Bizim dialoqumuzda mətbuat çox vaxt öz fikrini qəbul etdirərək, bizi birbaşa ünsiyyətdən məhrum edir. Hesab edirəm ki, bizim birbaşa ünsiyyət imkanımızın yaranması yaxşı olacaq", - deyə T.Sarkisyanın qeydinə deyilir.
Baş nazir internetdə öz bloqunu açmış birinci erməni siyasətçidir.