“Azneft” İstehsalat Birliyi (İB- SOCAR-ın neft-qaz hasilatı üzrə strukturu) 2009-cu ildə 7 mln. 301 min ton neft hasil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Şirkətin məlumatına görə, 2009-cu ildə SOCAR quruda və dənizdə neft-qaz yataqlarının işlənməsi layihələrində öz iştirak payı çərçivəsində 1 mln. 761, 78 min ton neft alıb.
“SOCAR quru yataqlarını işləyən əməliyyat şirkətlərində (ƏŞ) özünün iştirak payı çərçivəsində 249,36 min ton, “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi layihəsindəki payı çərçivəsində 1 mln. 373,15 min ton, “Şahdəniz” layihəsindəki payı çərçivəsində 139,27 min ton kondensat alıb”, - deyə şirkətin nümayındəsi bildirib.
Bundan əlavə, 2009-cu ildə SOCAR quru yataqlarını işləyən birgə müəssisə və ƏŞ-lərdən yerli bazar üçün 299, 83 min ton meft alıb.
Həmçinin 2009-cu ilin həmin dövründə SOCAR emala 6 mln. 35,97 min ton neft göndərib.
Azərbaycanda quruda neft-qaz hasilatı ilə 6 ƏŞ - Salyan Oil Ltd (SOL, “Kürsəngi” və “Qarabağlı” yataqlarını işləyir), “Karasu Oрerating Comрany” (KOC – “Kəlaməddin" və “Mişovdağ””), “Gobustan Operating Company” (Cənub-qərbi Qobustan), “Binagadi Oil” (“Binəqədi”), “AzShengli” (“Pirsaat”), “Shirvanoil” (“Şimali Gürovdağ”, “Mərkəzi Gürovdağ” və “Cənubi Gürovdağ”) və 2 BM – ANSHAD Petrol Azərbaycan-Malayziya-Türkiyə (“Neftçala”) və “AzGerneft” Azərbaycan-Almaniya (“Ramanı”) məşğul olur.
“Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları Böyük Britaniyanın BP (34,1367% - operator), Amerikanın “Chevron” (10,2814%), “ExxonMobil” (8,0006%), “Devon Energy2 (5,6262%) və “Amerada Hess” (2,7213%) şirkətləri, SOCAR (10%), Yaponiyanın Inрex Corр. (10%) və “ITOCHU Oil” (3,9205%) Norveçin “Statoil” (8,5633%) və Türkiyənin TPAO (6,75%) şirkətləridir.
“Şahdəniz” yatağının işlənilməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib. Layihənin iştirakçıları: “BP” (operator – 25,5%), “Statoil” (25,5%), SOCAR (10%), “LUKoil” (10%), “NICO” (10%), “TotalFinaElf” (10%) və “TPAO” (9%) şirkətləridir.