Lənkəran ictimaiyyəti 1990-cı il 20 yanvar faciəsində həlak olanların xatirəsini yad edərək şəhidlərin abidəsi önünə çiçək qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu çərşənbə günü məlumat verib. 1990-cı il yanvarın 20-də Lənkərandan 11 nəfər şəhid olub. Lənkəran rayon administrasiyasının başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Hadı Rəcəbli, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri abidənin önünə çiçək qoyublar. Sonra Dram Teatrında şəhidlərin xatirəsinə həsr edilmiş görüş keçirilib. Görüşdə “Qara yanvar” hadisələrinə dair kompozisiya və film nümayiş etdirilib.