KXDR Silahlı Qüvvələri Cənubi Koreya ilə mübahisəli olan sərhəd yaxınlığındakı zonada artilleriyadan atəş açıblar. Bu barədə Britaniyanın BBC teleradiokorporasiyası yerli KİV-ə istinadən məlumat verir.
Seul da bir neçə cavab atəşi açıb. Hadisə Sarı dəniz sularında Cənubi Koreyanın qərb sahilində, Pxenyanın çərşənbə axşamı naviqasiya üçün bağlı elan etdiyi zonada baş verib.