Amerikalı hərbçilər axtarış-xilasetmə işləri zamanı Port-o-Prensedə binanın dağıntıları altından bir kişini çıxarıblar. O, yanvarın 12-də baş vermiş zəlzələdən sonra iki həftə dağıntıların altında qalıb. Bu barədə Britaniyanın BBC teleradiokorporasiyası məlumat verir.
Zərərçəkənin zəlzələnin birinci günü, yaxud da təkrar təkanlardan biri zamanı dağıntılar altında qalması dəqiqləşdirilmir.
Xəbər verildiyi kimi, xilasetmə əməliyyatları bir neçə gün əvvəl rəsmi olaraq dayandırılıb.
BMT nümayəndələrinin sözlərinə görə, əməliyyat zamanı dağıntılar altından 130-dan çox adam xilas edilib; zəlzələdə həlak olanların ümumi sayı 112 min nəfərə çatıb, daha 194 min nəfər xəsarət alıb.
Bundan əlavə, daha əvvəl Haiti hakimiyyəti bildirib ki, onların hesablamalarına görə, zəlzələ 150 mindən çox adamın ölümünə səbəb olub.