Ukrayna prezidenti postuna namizəd, Regionlar Partiyasının lideri Viktor Yanukoviç öz opponenti, hazırki baş nazir Yuliya Timoşenko ilə televiziya debatları aparmayacaq. Bu barədə partiyanın rəhbəri Anna German çərşənbə günü mətbuat konfransında bildirib.
“Bu, onun (V.Yanukoviçin - İF) qərarıdır”, - deyə o bildirib.
A.German onun bu qərara təsir göstərməsi barədə məlumatlardan təəccüblənib.
“Mənim hansısa yolla bu qərara təsir göstərməyim barədə eşidəndə gülməyim gəlir. Yanukoviçi tanıyanlar bilir ki, hər zaman qərarları o özü qəbul edir, onu manipulyasiya etmək sadəcə mümkün deyil”,-deyə A.German vurğulayıb.
O xatırladıb ki, V.Yanukoviç Y.Timoşenko ilə teledebatların keçirilməsi məsələsi ilə bağlı mövqeyini dəfələrlə bəyan edib.
Onun sözlərinə görə, Regionlar Partiyasının “öz vədlərini yerinə yetirməyən, öz sözünün üstündə durmayan, hamını satan, dünya liderlərinin adları ilə manipulyasiya edən adamla” danışmağa sözü yoxdur.
Eyni zamanda A.German deyib ki, “biz Ukraynanın gələcəyindən danışmaq istəyən siyasətçilərin hər biri ilə dialoqa hazırıq”.