Barak Obama Konqresdə çıxışı zamanı ABŞ-ı Çin, Almaniya və Hindistandan geri qalmamağa çağırıb.
"Bu ölkələr yerində durmur. Və onlar ikinci yer uğrunda oyun aparmırlar, onlar riyaziyyata və elmə çox diqqət ayırırlar, öz infrastrukturlarını yenidən qururlar, təmiz enerjiyə ciddi investisiyalar yatırırlar. Çünki yeni iş yerləri yaratmaq istəyirlər", - deyə prezident bildirib.
O vurğulayıb ki, o, "dünyada Amerika üçün ikinci yeri qəbul etməyəcək".
"Nə qədər çətin, pis olsa da, bizim inkişafımızı ləngidən problemləri həll etməyin vaxtı çatıb", - deyə B.Obama çağırıb.
"Biz daha nə qədər gözləməliyik? Və Amerikanın gələcəyini nə qədər yubatmaq olar?" – deyə o bildirib.
"Bununla yanaşı, Çin öz iqtisadiyyatının modernləşdirilməsini gözləmir, Almaniya və Hindistan da gözləmir", - deyə ABŞ prezidenti vurğulayıb.