Ataleasing lizinq şirkəti 2009-cu ildə lizinq portfelini 9% - 3 mln. 828 min manatadək artırıb. Bu barədə şirkətin məlumatında deyilir.
Məlumatda qeyd olunur ki, hesabat dövründə 34 müqavilə imzalanıb, akriv lizinq müqavilələrinin ümumi sayı 104-dək artıb. Lizinqlə verilən avadanlıqların dəyəri 1,694 mln. manat təşkil edib.
2009-cu ilin sonlarında lizinq portfelinin 95,13%-i Bakının, 4,87%-i regionların payına düşüb.
Lizinq portfelinin strukturu belədir: inşaat - 27%, nəqliyyat - 40%, ticarət - 10%, sənaye istehsalı - 9%, qida sənayesi - 7%, xidmət sahəsi-5%, yol infrastrukturu -1%, rabitə- 1%.
Ataleasing 2009-cu ildə aktivlərini 10% - 3,85 mln. manatadək artılrıb. 2009-cu ildə şirkətin gəlirləri 1,148 min manat (artım 21,5%), vergidən əvvəlki mənfəət – 296 min manat, xalis mənfəət– 231 min manat təşkil edib. Şirkətin Azərbaycan iqtisadiyyatına qoyduğu investisiyaların həcmi 2009-cu ildə 2,45 mln. manat təşkil edib.
AtaLeasing ASC AtaHolding şirkətlər qrupunun tərkib hissəsidir və 2004-cü ilin iyulunda təsis olunub. Cəmiyyətin təsisçiləri kimi AtaHolding (64%) və AtaBank (36%) çıxış edib. Şirkətin nizamnamə kapitalı 1 mln. manata bərabərdir.