Azərbaycanda 2010-cu il yanvarın 1-i üçün pul kütləsinin həcmi (M3 aqreqatı, nəğd pullar, təcili əmanətlər, tələbli əmanətlər və depozitlər) 8 mlrd. 469,2 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəlinə olan göstəricidən 0,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2009-cu ilin dekabrında pul kütləsinin həcmi noyabr ilə müqayisədə 7,1% artıb.
Pul kütləsinin strukturunda dövriyyədəki nəğd pulların həcmi (М0 aqreqatı) 2010-cu il yanvarın 1-də 9,7% artaraq 4 mlrd. 174,8 mln. manat təşkil edib. 2009-cu ildə 0,7% azalıb.
Bu ilin əvvəlində М1 pul aqreqatı (nəğd pullar, təcili əmanətlər, tələbli əmanətlər və depozitlər) dekabrda 11,3% azalaraq 5 mlrd. 239,8 mln. manat təşkiil edib və 2009-cu ildə 1,8% azalıb.
2010-cu il yanvarın 1-də М2 pul aqreqatı (nəğd pullar, təcili əmanətlər, tələbli əmanətlər və manatla depozitlər) 6 mlrd. 169,2 mln. manat təşkil edib. Dekabrda artım 3,2%-ə bərabər olub, ötən il 1,4% azalıb.
2009-cu ilin yekunları üzrə xarici valyutada depozitlər dekabrda 1,3% azalaraq ötən il 4,7% təşkil edib. 2010-cu il yanvarın 1-də geniş pul kütləsi strukturunda xarici valyutada depozitlərin payı 2009-cu il dekabrın 1-dəki 29,5 %-ə qarşı 27,1% təşkil edib.