Estoniyanın Ədliyyə Nazirliyi öz tərk etdikləri övladlarına görə aliment verməkdən yayınan valideynlər haqda məlumatları yerləşdirmək üçün sayt açıb.
"Yeniliyin məqsədlərindən biri valideynləri uşaqıar qarşısında borcunu ödəməli olduqlarını əsaslandırmaqdır", - deyə cümə axşamı Ədliyyə Nazirliyinin vitse-kansleri Marko Aavik "Postimees" (Postimees) qəzetinə bildirib.
O bildirib ki, saytda aliment verənlər haqda məlumatları, onların şəxsi şifrələrini və borcun məbləğini öyrənmək mümkündür. "Onlarla həm dostları və tanışları, həm də işəgötürənləri tanış ola bilərlər", - deyə M.Aavik qeyd edib.
Ədliyyə Nazirliyinin məlumatına görə, hazırda məhkəmə icraçıları uşaqlara ödənilməmiş 43 mln. kron (4 mln. dollara yaxın) məbləğində yaşayış müavinəti ilə bağlı 4700 işə malikdirlər.
Saytda yerləşdirilmiş siyahıda alimentə görə təkcə bir borclu kişinin 66 934 min kron borcu var.