Azərbaycan Belarusda keçiriləcək Kitab Yarmarkasında stend icarəyə götürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Kitab sərgi-yarmarkası fevralın 10-14-də Minskdə keçiriləcək. Sərgi-yarmarkada Azərbaycandan 100-dən çox yeni nəşr nümayiş olunacaq.
Qarabağ haqqında həqiqətləri çatdırmaq və Azərbaycanın ən yaxşı poliqrafiya nəşrlərini təqdim etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, eləcə də yerli nəşriyyatların rəhbərliyi Minskə gedəcəklər.