Azərbaycan Sahibkarkar Təşkilatları Milli Konfederasiyası (ASTMK) və Azərbaycan Banklar Assosiasiyası (ABA) əməkdaşlıq haqqında müqavilə imzalayıblar. Bu barədə ASTMK-nın prezidenti Məmməd Musayev ABA-nın yaradılmasının 20 illiyinə həsr olumuş tədbirdə bəyan edib.
"Bizim əməkdaşlığımız banklar və sahibkarlar arasında əlaqəni möhkəmləndirməyə imkan verəcək. Bu əməkdaşlıq Azərbaycan iqtisadiyyatının möhkəmlənməsinə yönəldiləcək", - deyə M.Musayev bildirib.
Onun sözlərinə görə, yaxın gələcəkdə Azərbaycanda banklar ixrac üçün nəzərdə tutulan məhsul istehsalı üçün kreditlər verməyə hazır olmalıdır ki, bu da başqa ölkələrlə iqtisadi əməkdaşlığı genişləndirməyə imkan yaradacaq.
ABA 1990-cu ildə 10 özəl bank tərəfindən yaradılıb. Fəliyyəti dövründə ABA-ya 142 üzv qəbul olunub.
ASTMK 1999-cu ilin martında təsis edilib. Hazırda 4 min şirkət və 50-yə yaxın müxtəlif sahibkarlar birlikləri onun üzvüdür.